Villa Qəbələ şəhərinin qərbində, dağətəyi ərazisində yerləşir. 4 yataq otağından ibarətdir. 1 kral, 2 tam, 6 tək yatacaq və 1 ədəd açılan divan mövcuddur. 14 nəfər rahatlıqla yerləşə bilər. Geniş həyətyanı sahədə yeni tikilmiş söhbətgahda ailədaxili tədbirlərinizi keçirə bilərsiniz. Həyətyanı sahədə olan hovuz ilə yay fəslinin istiliyini hiss etmiyəcəksiniz. Hər iki mərtəbədə hamam və toiletin olması villanın üstünlüyünü daha da artırır. Böyük ailələr üçün nəzərdə tutlmuş villadır. Villa mənzildaxili bütün əşyalarla təmin olunmuşdur. Salonda kondisioner mövcuddur. Qafqaz oteller şəbəkəsinə, restoranlara, əyləncə mərkəzlərinə yaxın ərazidə yerləşir. Qəbələ Beynəlxalq Hava Limanına 23 km məsafə uzaqlıqdadır.