Mənzil Qəbələ şəhərinin şimalında yerləşir. 4 yataq otağından, 2 salon və 2 sanuzeldən ibarətdir. Böyük ailələr üçün nəzərdə tutulmuş mənzildir. 2 taxt, 4 tək yatacaq və 2 açılan divan mövcuddur. 12 nəfər rahatlıqla yerləşə bilər. Salonda kondisionerin olması sizə yay fəslinin istiliyini hiss etdirməyəcək. Mərkəzi istilik sistemi də mövcuddur. Kiçik həyətyanı sahəyə malikdir. Həyətyanı sahədə olan kiçik söhbətgahda ailə tədbirlərinizi keçirə bilərsiniz. Mənzil əyləncə mərkəzləri, mehmanxanalar və şəhər mərkəzinə 5 dəqiqə məsafə uzaqlıqdadır.