Mənzil Qəbələ şəhərinin şimalında əyləncə mərkəzlərinə yaxın ərazidə yerləşir. 4 yataq otağı və geniş salondan ibarətdir. 2 ədəd kral, 3 tək yatacaq və 1 ədəd açılan divan mövcuddur. 10 nəfərin rahatlıqla yerləşmə imkanı var. Mənzildaxili bütün əşyalarla təmin edilmişdir. Yataq otaqları kondisioner ilə təmin edilmişdir. Hər mərtəbədə hamam toiletin olması mənzilin üstünlüyünü daha da artırır. Geniş həyətyanı sahəyə malikdir. Həyətyanı sahədə yeni istifadəyə verilmiş söhbətgahda ailədaxili tədbirlərinizi keçirə bilərsiniz. Söhbətgah daxilində manqal təsis edilmişdir. Şəhər mərkəzinə və supermarketlərə 5 dəqiqə məsafə uzaqlıqdadır.