Mənzil Qəbələ şəhərinin şimalında, əyləncə mərkəzlərinə yaxın ərazidə yerləşir. 3 yataq otağından ibarətdir. 2 tam, 2 tək və 2 açılan divan mövcuddur. 8 nəfər rahatlıqla yerləşə bilər. Kiçik ailələr üçün nəzərdə tutulmuş mənzildir. Mənzilin daxili bütün mənzil əşyaları ilə təmin edilmişdir. Yataq otaqları kondisioner ilə təchiz edilmişdir. Həyətyanı sahədə yeni tikilmiş söhbətgah ailədaxili tədbirlərinizi keçirməyinizə imkan yaradacaq. Qəbələ şəhər mərkəzinə və supermarketlətə 10 dəqiqə məsafə uzaqlıqdadır.