Məxfilik siyasəti

www.allrent.io vebsaytına xoş gəlmisiniz. Nəzərinizə çatdırmaq istəyirik ki, biz sizin fərdi məlumatlarınızın mühafizəsinə və şəffaflığa böyük önəm veririk. Bu məxfilik siyasətində bizim və üçüncü tərəflərin istifadəçi məlumatlarının necə toplanıldığı, saxlanıldığı və emal edildiyi izah edilir. “Allrent”də fərdi məlumatların mühafizəsi çox yüksək prioritetə malikdir, buna görə də fərdi məlumatların emalı Azərbaycan Respublikasının qanunlarına, xüsusən də “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa ((998-IIIQ saylı Qanun)) və, tətbiqi nəzərdə tutulduğu hallarda, Məlumatların Qorunması üzrə Ümumi Qaydalara(GDPR) uyğun olaraq həyata keçirilir. Fərdi məlumatlarınızı GDPR kontekstində necə istifadə etdiyimiz, saxladığımız və onların təhlükəsizliyini necə təmin etdiyimiz barədə daha ətraflı məlumat əldə etmək üçün GDPR-a Uyğunluq Bəyanatımızla tanış ola bilərsiniz. Hər hansı suallarınız və ya şərhləriniz yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz.

Məlumatların emalına dair ümumi məlumat

Bir prinsip olaraq, biz istifadəçilərimizin fərdi məlumatlarını yalnız veb-saytın funksionallığını təmin etmək, materiallarımızı və xidmətlərimizi təqdim etmək üçün tələb olunacaq dərəcədə emal edirik. İstifadəçilərimizin fərdi məlumatlarının emalı müntəzəm olaraq yalnız istifadəçinin razılığı ilə həyata keçirilir. İstisna hal olaraq faktiki səbəblərə görə razılığın əldə olunmaması və yerli qanunvericiliklə ziddiyətin olması halını qeyd etmək olar.

Sizin fərdi məlumatlarınızın təhlükəsizliyi bizim üçün yüksək prioritetə malikdir. Buna görə də, məlumat itkisinin və ya üçüncü şəxslər tərəfindən məlumatların yerli qanunvericiliyə zidd olaraq kənar istifadəsinin qarşısını effektiv şəkildə almaq üçün biz sizin bizdə saxlanılan məlumatlarınızı müvafiq texniki və təşkilati tədbirlərin köməyi ilə mühafizə edirik. Məsələn, fərdi məlumatları emal edən əməkdaşlar məlumatları məxfi saxlamaq və məxfilik qaydalarına riayət etmək öhdəliyini daşıyırlar. Sizin fərdi məlumatlarınızı qorumaq üçün onlar şifrələnmiş formada ötürülür. Məsələn, sizin İnternet brauzeriniz vasitəsilə bağlantı yaratmaq üçün biz SSL (Secure Socket Layer) protokolundan istifadə edirik. Siz bunu SSL bağlantısı qurulduqdan sonra brauzerinizdə göstərilən qıfıl simvolundan müəyyən edə bilərsiniz. Məlumatlarınızın daimi mühafizəsini təmin etmək üçün texniki təhlükəsizlik tədbirləri mütəmadi olaraq təhlil edilir və lazım gəldikdə, ən müasir standartlara uyğunlaşdırılır. Bu prinsiplər həmçinin bizim adımızdan və bizim təlimatlarımıza uyğun olaraq məlumatları emal edən və istifadə edən şirkətlərə də şamil edilir.

Məlumatların silinmə və saxlanma müddəti

Məlumat subyektinin fərdi məlumatlarının saxlanma məqsədi qüvvəsini itirən kimi, həmin məlumatlar dərhal silinir və ya bloklanır. Azərbaycan Respublikasının qanunvericiliyi və digər normativ hüquqi aktlarla nəzərdə tutulan hallarda fərdi məlumatlar nəzərdə tutulan vaxtdan daha uzun müddət saxlanıla bilər. Müqavilənin bağlanması və ya icrası məqsədilə məlumatların daha uzun müddət ərzində saxlanılmasına ehtiyac yarandığı hallar istisna olmaqla, məlumatlar yuxarıda qeyd olunan hallarda nəzərdə tutulmuş saxlanma müddəti başa çatdıqdan sonra da bloklanır və ya silinir.

Fərdi məlumatlarınızın emalı, emalın növü və məqsədi

Siz bizim veb-saytımızı ziyarət etdiyiniz zaman məlumatlar sizin cihazınızda istifadə edilən brauzer tərəfindən avtomatik olaraq bizim veb-saytımızın serverinə göndərilir. Bu məlumatlar müvəqqəti olaraq “log” adlanan faylda saxlanılır. Aşağıdakı məlumatlar istifadəçi tərəfindən heç bir fəaliyyət olmadan toplanılır və avtomatik olaraq silinənə qədər saxlanılır:

Nə biz nə də bizim infrastrukturun yerləşdiyi bulud xidməti toplanılan məlumatlardan istifadəçilərimiz haqqında fikir formalaşdırmaq üçün heç bir halda istifadə etmirik. Bundan əlavə, biz və ya bizim infrastrukturun yerləşdiyi bulud xidməti istifadəçilərin veb-saytımıza ziyarətləri zamanı kukilərdən və analitik xidmətlərdən istifadə edirik. Bununla bağlı daha ətraflı izahatlar almaq üçün istifadəçilər bizim Kukilərə dair siyasətimizlə tanış ola bilərlər.

Sosial şəbəklərdə onlayn təmsil olunma

Biz öz qanuni maraqlarımız çərçivəsində sosial şəbəkələrdə onlayn təmsil olunmaq üçün müvafiq fəaliyyətlər göstəririk. Bizim sosial şəbəkələrdə və platformalarda onlayn təmsil olunmağımızın məqsədi – müştərilər, maraqlı tərəflər və orada aktiv olan istifadəçilərlə əlaqə qura bilmək və xidmətlərimiz barədə onları məlumatlandırmaqdır. Müvafiq şəbəkələrdən və platformalardan istifadə edildikdə, onların müvafiq operatorların qayda və şərtləri, eləcə də məlumatların emalına dair təlimatları tətbiq edilir. İstifadəçilər sosial şəbəkələr və platformalar vasitəsilə bizimlə əlaqə yaratdıqda, məsələn, bizim onlayn profillərimizdə yazılar yazdıqda və ya bizə mesaj göndərdikdə, həmin sosial şəbəkə xidməti tərəfindən təqdim edilən məxfilik siyasəti tətbiq edilir.

Müştəri hesabının qeydiyyatı kontekstində sizin fərdi məlumatlarınızın emalı üçün hüquqi əsas kimi müqavilənin icrası hesab olunur. Sizin qeydiyyatınız müqavilələr bağlamağa, eləcə də bizə müştərilərlə qarşılıqlı münasibətlər qurmağa imkan verir. Bunun üçün də, qeydiyyat çərçivəsində fərdi məlumatlarınızın emalı müqavilənin icrası və ya müqavilə öncəsi tədbirlərin həyata keçirilməsi, eləcə də bizim müştərilərlə qarşılıqlı münasibətlərin uğurla qurulması üçün zəruridir. Müəyyən məqsədlə toplanmış fərdi məlumatlara daha ehtiyac olmadıqda, onlar dərhal silinir. Bu ən geci sizin müştəri hesabınızın bağlanması halında baş verir. Sizin istənilən vaxt müştəri hesabının qeydiyyatını ləğv etmək imkanınız var. Bu halda, sizin fərdi məlumatlarınız qanunla nəzərdə tutulmuş saxlama müddətləri silməni həyata keçirməyə mane olmadıqda silinir. Biz qeydiyyat zamanı müqavilənin nüsxəsini websayta yerləşdiririk və siz obyektin yerləşdirilməsi prosesi başa çatan zaman ən son addimda onu oxuyub bitirdikdən sonra telefon nömrənizə göndərilən 6 rəqəmli şifrəni daxil edərək müqaviləni imzalamış hesab olunursunuz. Müqaviləni ləvğ etmək istəsəniz bizimlə əlaqəyə keçərək ləvğ etdirə bilərsiniz.

Müqavilə üzrə xidmətlərin göstərilməsi

Biz müqavilə üzrə öhdəliklərimizi və xidmətlərimizi yerinə yetirmək məqsədilə uçot məlumatlarını (məsələn, ad, doğum tarixi, yaşadığınız ölkə, şəhər və cins), müqavilə məlumatlarını (məsələn, istifadə olunan xidmətlər, əlaqə üçün şəxslərin adları, ödəniş məlumatı) emal edirik. Onlayn formalarda “mütləq” kimi qeyd olunan sahələr müqavilənin bağlanması üçün tələb olunur. Sizin fərdi məlumatlarınızın kurs platforması çərçivəsində emalı sizinlə bizim aramızda bağlanmış müqavilənin yerinə yetirilməsi üçün mütləqdir. Nəzərinizə çatdırmaq istərdik ki, müqavilə bağlanmasa biz sizə müvafiq xidmətləri göstərə bilməyəcəyik.

Ödəniş xidmətləri

Biz üçüncü tərəf şirkətlərinin ödəniş xidmətlərini istifadə edirik. Bizdən alış-veriş etdiyiniz zaman sizin ödəniş məlumatlarınız (məsələn, ad, ödəniş məbləği, hesabın rekvizitləri, kredit kartı nömrəsi) ödənişin emalı məqsədilə ödəniş xidməti provayderi tərəfindən emal olunur. Bu əməliyyatlar üçün müvafiq provayderlərin müvafiq müqavilə üzrə müddəalar və məlumatların qorunmasına dair müvafiq qaydalar tətbiq olunur. Ödəniş xidməti provayderlərindən, müqavilənin emalı əsasında maneəsiz, rahat və təhlükəsiz ödəmə prosesini təmin etmək məqsədilə istifadə edilir. Sizin razılığınız müəyyən fəaliyyətlərin reallaşdırılmasına tələb olunduğu üçün, razılıq məlumatlarının emalı hüquqi əsas sayılır və siz istənilən vaxt razılıqlarınızı ləğv edə bilərsiniz.

Hüquqlarımızın müdafiəsi və təmin edilməsi

Hüquqlarımızın müdafiəsi və təmin edilməsi kontekstində sizin fərdi məlumatlarınızın emalı üçün hüquqi əsas kimi bizim qanuni maraqlarımız çıxış edir. Hüquqlarımızın müdafiəsi və təmin edilməsi kontekstində sizin fərdi məlumatlarınızın emalının məqsədi – əsassız iddialara qarşı müdafiə oluna bilmək, eləcə də iddiaları və hüquqları qanuni qaydada təmin edə və irəli sürə bilmək imkanını əldə etməkdir. Müəyyən məqsədlə toplanmış fərdi məlumatlara daha ehtiyac olmadıqda, onlar dərhal silinir. Hüquqların müdafiəsi və təmin edilməsi kontekstində sizin fərdi məlumatlarınızın emalı bizim hüquqlarımızın müdafiəsi və təmin edilməsi üçün mütləqdir. Bu yanaşma ilə razı deyilsinizsə o zaman bizim təklif etdiyimiz xidmətlərdən istifadə edə bilməyəcəksiz.

Sizin tərəfinizdən məlumat subyektinə aid fərdi məlumatlara giriş sorğusu (DSAR – Data Subject Access Request) göndərildikdəMəlumat subyektinə aid fərdi məlumatlara giriş sorğusunun (DSAR) emalı kontekstində sizin fərdi məlumatlarınızın emalı üçün hüquqi əsas kimi bizim hüquqi öhdəliyimiz və DSAR sorğusunun sonrakı sənədləşdirməsini tələb edən mövcud normativ hüquqi aktlar çıxış edir. DSAR sorğusu həm bizim qanuni marağımız, həm də hüquqi öhdəliyimizdir. DSAR sorğusunun göndərilməsi halında məlumatların emalı kontekstində sizin fərdi məlumatlarınızın emalının məqsədi – sorğunuza cavab verməkdir. DSAR sorğusunun sonrakı sənədləşdirilməsi qanunla tələb olunan hesabatlılığın təmin edilməsi məqsədilə həyata keçirilir. Müəyyən məqsədlə toplanmış fərdi məlumatlara daha ehtiyac olmadıqda, onlar dərhal silinir. DSAR sorğusunun emalı, müvafiq prosesin bitməsindən üç il sonra baş verir. Siz istənilən vaxt DSAR sorğusunun emalı kontekstində fərdi məlumatlarınızın gələcəkdə emal olunmasına etiraz edə bilərsiniz. Lakin bu halda, biz sizin sorğunuzu daha emal edə bilməyəcəyik. Müvafiq DSAR sorğusunun qanuni tələblərə uyğun qaydada emal edilməsinə dair sənədləşdirmənin aparılması mütləqdir.

Biz sizin fərdi məlumatlarınızı hansı hallarda açıqlaya bilərik?

Biz sizin məlumatlarınızı bu məxfilik siyasətində təsvir olunan xidmətləri təqdim etməkdə bizə kömək edən və bu veb-saytı və bizim xidmətlərimizi dəstəkləmək üçün bu məlumatları bizim adımızdan və bu siyasətə uyğun olaraq emal etmək hüququna malik olan təşkilatlarla paylaşa bilərik. Bu yalnız qanuni icazə əsasında edilə bilər (məsələn, məlumatlar ödəmə xidməti provayderləri kimi üçüncü tərəflərə ötürüldükdə).

Biz bunu həmçinin sizin razılığınız əsasında və ya bizim bunu etməyə hüquqi öhdəliyimiz olduğu hallarda və ya bizim qanuni maraqlarımız əsasında (məsələn, biz agentlərdən, hostinq provayderlərindən, vergi, biznes və hüquq məsləhətçilərindən, müştəri xidmətləri, mühasibat uçotu, billinq üzrə xidmətlərdən, eləcə də bizə müqavilə öhdəliklərimizi, inzibati tapşırıqları və vəzifələrimizi səmərəli və effektiv şəkildə yerinə yetirməyə imkan verən digər oxşar xidmətlərdən istifadə etdiyimiz hallarda) edə bilərik.

Sizin bizim veb-saytımızdan istifadə etməniz nəticəsində sizin haqqınızda əldə edilən məlumatlara gəldikdə, biz kuki identifikatorunu və IP məlumatlarını analitik və reklam şəbəkəsi xidmətləri provayderləri ilə paylaşa bilərik ki, onlar bizə kukilərə dair siyasətimizin tələblərinə uyğun olaraq fəaliyyət göstərən veb-saytımızı təkmilləşdirməyə və optimallaşdırmağa kömək etsinlər.

Məlumatlarınız həmçinin digər hallarda da açıqlana bilər, məsələn, siz buna razılıq verdiyiniz halda və ya qanun, məhkəmə qərarı, xüsusi xidmət orqanları və ya tənzimləyici orqan bizdən bunu tələb etdiyi halları misal göstərmək olar. Biz bunu həmçinin fırıldaqçılığın və ya cinayətin qarşısının almaq məqsədilə və ya əməkdaşlarımızın, veb-saytın və onun istifadəçilərinin hüquqlarını, əmlakını və ya şəxsi təhlükəsizliyini qorumaq və müdafiə etmək zərurəti yarandığı hallarda da edə bilərik.

Beynəlxalq transferlər

Bizim əsas əməliyyatlarımız Azərbaycan ərazisində həyata keçirilir və sizin fərdi məlumatlarınız əsasən Azərbaycan daxilində emal edilir, saxlanılır və istifadə edilir. Bəzi hallarda sizin fərdi məlumatlarınız Azərbaycandan kənarda emal edilə bilər. Belə olan hallarda, biz lazımi təhlükəsizlik səviyyəsini təmin etmək üçün müvafiq tədbirlər görürük ki, sizin fərdi məlumatlarınız Azərbaycan daxilində istifadə edildiyi zaman olduğu kimi qorunsun. Məlumatlarınızı Azərbaycandan kənara ötürməli olduğumuz hallarda, biz müqavilələrdəki fərdi məlumatların üçüncü ölkələrə ötürülməsinə dair standart müqavilə şərtlərini tətbiq edirik və üstünlüyü Azərbaycanla eyni səviyyədə qorumanı təmin edən məxfilik qanunlarına malik olan ölkələrə veririk.

Biz sizin fərdi məlumatlarınızı necə qoruyuruq?

Biz sizin məlumatlarınızı ən müasir texniki və fiziki mühafizə vasitələrinin köməyi ilə qoruyuruq və ən yüksək səviyyədə inzibati mühafizəni təmin etmək üçün etibarlı siyasətlər sistemindən, məxfilik müqavilələrindən, rəqəmsal mühafizə vasitələrindən və prosedurlardan istifadə edirik.

Daha dəqiq desək, məlumat bazamıza daxil olmaq üçün istifadəçi avtorizasiya olunmalı, ikitərəfli identifikasiya sistemindən keçməli və şifrələnmiş VPN-dən istifadə etməlidir. Həmçinin, fərdi məlumatların bizim yerləşdiyimiz yerdən silinməsi qadağandır və bu, mürəkkəb şifrələmə sisteminin tətbiqi ilə çətinləşdirilmişdir. Biz ən son tələblərə cavab verən antivirus və anti-malware proqramlarından, eləcə də müasir brandmauerdən (Firewall-dan) istifadə edirik. Bundan əlavə, səlahiyyətli işçilərin məlumatlara giriş əldə edə bilmələri üçün onların bunu etməyə qanuni əsası olmalıdır. Əlavə olaraq bunu etmək üçün həmin səlahiyyətli işçi, sizin maraqlarınızı qoruyan əlaqələndirici şəxs və ya sizin istifadəçi hesabınıza xidmət göstərən şəxs olmalıdır.

Sizdən topladığımız məlumatlar müvafiq texniki və təşkilati təhlükəsizlik tədbirləri tətbiq edilməklə bizim Almaniyadakı serverlərimizdə saxlanıla bilər. Bizə təqdim edilən fərdi məlumatları, həm onların ötürülməsi zamanı, həm də onları qəbul etdikdən sonra qorumaq üçün biz, bütün hallarda, bir qayda olaraq, məlumatların yüksək qorunma standartlarına və qabaqcıl təhlükəsizlik tədbirlərinə riayət edirik.

Hər hansı bir hüququnuzdan yararlanmaq üçün, və ya Fərdi məlumatlarınızdan bizim tərəfimizdən necə istifadə edildiyi və bu Məxfilik siyasəti ilə bağlı hər hansı bir sualınız və ya şikayətiniz yarandıqda, əlaqə formamızdan istifadə edərək bizimlə əlaqə saxlaya bilərsiniz.

Məlumat subyektinin hüquqları

Sizin aşağıdakı hüquqlarınız var:

Sosial şəbəkələr

Biz həmçinin veb-saytımız vasitəsilə müvafiq sosial şəbəkə platformasında sizin bizə təqdim etdiyiniz məlumatları emal edirik. Bu məlumatlara istifadə edilən istifadəçi adını, əlaqə məlumatlarını və ya bizə göndərilən mesajları aid etmək olar. Biz müntəzəm olaraq sizin fərdi məlumatlarınızı yalnız bizə öz istəyinizlə daha öncədən təqdim etdiyiniz hallarda (məsələn sorğu formasını doldurarkən) emal edirik. Biz bu emal əməliyyatlarını yeganə məlumat kontrolyoru qismində həyata keçiririk. Biz bu məlumatları, sorğu göndərən insanlarla əlaqə yaratmaq məqsədini güdən qanuni marağımız əsasında emal edirik.

Bundan əlavə, biz bu məlumatları qiymətləndirmə və marketinq məqsədləri üçün də emal edə bilərik. Bu emalın həyata keçirilməsi üçün hüquqi əsas kimi təkliflərimizi daha da təkmilləşdirmək və konkret olaraq bizim təkliflərimiz barədə sizi məlumatlandırmaqda olan marağımız çıxış edir. Siz buna razılıq verdikdə və ya bu hüquqi öhdəliyin yerinə yetirilməsinə xidmət etdikdə, məlumatların emalı davam etdirilə bilər.

Biz şirkətimizin səhifələrini idarə etmək üçün xüsusi proqram təminatından istifadə edirik. İstifadəçi şirkətimizin səhifələrindən birində şərh funksiyası vasitəsilə proqram təminatında qeyd olunan sualı verdikdə, müvafiq mətn proqram təminatı vasitəsilə istifadəçinin istifadəçi adı ilə birlikdə təqdim edilir. Bu məlumatlar həmçinin proqram təminatının provayderinə də ötürülür. Sual cavablandırılan kimi ötürülən mətn və istifadəçi adı silinir.

Mənim Fərdi Məlumatlarımı Üçüncü Tərəflərə Satmayın

Biz sizin kimliyinizi birbaşa müəyyən edən məlumatları, o cümlədən, ad, ünvan və ya telefon qeydləri kimi məlumatları satmırıq.

Dəqiqlik

Sizə aid bizdə saxlanılan məlumatların dəqiq və aktual olması çox vacibdir, buna görə də fərdi məlumatlarınızda hər hansı dəyişikliklər edildikdə, lütfən bu barədə bizi məlumatlandırın.

Uşaqlara aid məlumatlar

Bizim veb-saytımız uşaqlar üçün nəzərdə tutulmayıb və biz uşaqlara aid məlumatları bilərəkdən toplamırıq. Övladınızın valideyn razılığı olmadan bizə öz Fərdi məlumatlarını təqdim etdiyini aşkarladığınız halda, lütfən bizimlə əlaqə saxlayın və biz həmin məlumatları serverimizdən silmək üçün lazımi tədbirlər görəcəyik.

Məxfilik siyasətində dəyişikliklər və yeniləmələr

Sizdən məxfilik siyasətimizin məzmunu ilə mütəmadi olaraq tanış olmağınızı xahiş edirik. Məlumatların emalı ilə bağlı fəaliyyətlərimizdə dəyişikliklərin edilməsinə zərurət yarandıqca, biz məxfilik siyasətində düzəlişlər edəcəyik. Dəyişikliklər sizin tərəfinizdən hər hansı bir qarşılıqlı fəaliyyət (məsələn, razılıq) və ya başqa hər hansı bir fərdi məlumatlandırma üsulunu tələb edəcəyi halda, biz sizə bu barədə məlumat verəcəyik.

Sorğular və şikayətlər

Bu Məxfilik siyasəti ilə bağlı istənilən şərhlər və ya sorğular bizə ünvanlandırılmalıdır. Əgər siz bizim bu Məxfilik siyasətinə əməl etmədiyimizi və ya məlumatların mühafizəsi qanununa zidd şəkildə hərəkət etdiyimizi düşünürsünüzsə, sizdən bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Bizimlə əlaqə

Biz öz istifadəçilərimizə istənilən sualla bağlı bizimlə əlaqə saxlamaq imkanını təqdim edirik. Bunu etdikdə, sorğunun kimdən gəldiyini öyrənə və onu cavablandıra bilməmiz üçün istifadəçi bəzi fərdi məlumatlarını təqdim etməlidir. Əlavə məlumatlar könüllü şəkildə təqdim edilə bilər. Bizimlə əlaqə saxlamaq məqsədilə təqdim edilən məlumatların emalı sizin könüllü olaraq verdiyiniz razılıq əsasında həyata keçirilir. Əlaqə formasından istifadə etmək üçün tərəfimizdən toplanılan fərdi məlumatlar istifadəçinin göndərdiyi sorğu tamamlandıqdan sonra avtomatik olaraq silinir.